Dəmiryolu gücləndirilmiş iş rejiminə keçdi - Qış mövsümü ilə əlaqədar

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az-a bu barədə “Azərbaycan Dəmir Yolları”ndan məlumat verilib. Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda, vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












