Dənizkənarı Dairəvi Yolun tikintisi nə yerdədir? - Rəsmi cavab

Hazırda Abşeron yarımadasının dənizsahili hissəsində dairəvi yolun tikintisi davam etdirilir. Sumqayıt-Corat-Novxanı yolunun davamı olaraq inşa edilən yolun Bilgəhdən Pirşağıyadək olan hissəsi artıq hazırdır və sürücülərin ixtiyarına verilib. Bu yol Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat gediş-gəlişi təmin edəcək.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, iki yolun birləşdirilməsi ilə Dənizkənarı Dairəvi yolun tikintisi tamamlanmış olacaq və bu da öz növbəsində şəhərin mərkəzində avtomobil sıxlığının azalmasına təsir edəcək: “Dənizkənarı Dairəvi Yolun Pirşağıdan keçən hissəsi hazırda tikinti altındadır. Lakin burada işlər müvəqqəti dayanıb”.
Anar Nəcəfli onu da bildirib ki, Kənar Dairəvi yol bir neçə ildir, istismara verilib. Bundan başqa Hövsan-Türkan-Qala yolu və Mərdəkan dairəsindən Buzovnadan keçməklə Bilgəhə gedən yol da tamamilə yenidən qurularaq istismara verilib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












