Dövlət Sərhəd Xidməti nəqliyyat vasitələrinə baxmayacaq - YENİLİK

Prezident İlham Əliyev 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir:
1.1. 9.4-cü bənddən "və nəqliyyat vasitələrinin" sözləri çıxarılsın;
1.2. 9.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
"9.6. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edir;";
1.3. 9.7-ci bənddə "qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə" sözləri "digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan" sözləri ilə əvəz edilsin;
1.4. 11.3-cü bənddə "xidməti" sözündən əvvəl "əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar" sözləri əlavə edilsin, "və digər aidiyyəti orqanlarla" sözləri "orqanları ilə" sözləri ilə əvəz edilsin, həmin bənddən "qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada plomblanmış" sözləri çıxarılsın.
Eyni zamanda, Nazirlər Kabinetinə Prezident aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












