Dronlarımız sürü halında düşməni məhv edəcək - VİDEO
Yeniliklər 29 Oktyabr 2020 14:28 Oxunub 5850
Dronlarımız sürü halında düşməni məhv edəcək  - VİDEO

Türkiyəyə məxsus olan "dron sürüləri"nin görüntüləri yayılıb. Avtosfer.az xıbr verir ki, bu dronlar bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.

PUA-ların qrup və ya sürü şəklində tətbiqinin bəzi üstünlükləri var. Bunları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

  • tapşırıqlardan asılı olaraq daşınan faydalı yük bir neçə PUA arasında bərabər bölüşdürülür;
  • fors-major və ya qəza hallarında PUA və faydalı yük itkisi mühüm dərəcədə azalır;
  • çox sayda dronların fəzada yerləşdirilməsi və fasiləsiz qarşılıqlı əlaqəsi nəticəsində hədəfin (ərazinin) koordinatlarının dəqiqliyi yüksəlir;
  • havada uçuş trayektoriyasından asılı olaraq dronların yer səthinə nisbətdə fərqli görmə bucaqlarına görə daima yenilənən nəticələr əldə olunur;
  • zəruri qərarın qəbul edilməsi üçün tələb olunan nəticələrin əldə olunması müddətləri sürətlənir.

Qeyd edək ki, PUA-ların tətbiqi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh