Dronların istifadəsinə icazə verildi

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının xüsusi icazə əsasında dövriyyədə olmasına icazə verilib. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında qəbul edilən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Eyni zamanda, şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cəzalandırmaya səbəb olan halların sayı artırılıb. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Şəxsi məlumatların məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə əldə edilməsi də şəxsi həyatın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək. Dəyişiklik edilməsində məqsəd şəxsi həyatın müdaxilədən qorunmasını təmin etməkdir. Hazırkı Cinayət Məcəlləsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına görə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalar tətbiq edilir.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni qəbul edilən qanunda qeyd edilib ki, eyni əməllər həm vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, həm də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsi cəzalandırmaya səbəb olacaq.
Bu hallara görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq ediləcək.
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN










