Dünyanın ən dərin, ən uzun tuneli açıldı - FOTO

Dünən İsveçrədə dünyanın ən uzun və ən dərin tuneli olan Qottard tunelinin təntənəli açılış mərasimi olub. İnşası 17 il davam etmiş tunelin tikintisinə 11 milyard avrodan artıq vəsait xərclənib. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az daily mail-ə istinadən bildirir ki, Qotard bazis tunelinin inşasına 17 il əvvəl başlanmışdı. O vaxt İsveçrədən İtaliyaya Alp dağlarını keçməklə ya 15 km uzunluqdakı Qotard dəmiryolu tuneli, ya da 16,9 km uzunluqdakı Qotard avtomobil tuneli vasitəsilə yollanmaq olardı. Fəqət, bu tunellər fasiləsiz artan nəqliyyat axınının öhdəsindən gələ bilmirdi.
İndi yeni Qotard tuneli vasitəsilə həmin yolu cəmi 17 dəqiqəyə qət etmək olar. Məsələn, Sürixdən Milana yol cəmi 3 saat çəkir.
Tuneli inşa etmiş "Cargo Sous Terrain" şirkətindən verilən məlumata görə, Qotard bazis tunelinin əsas xəttinin yanı ilə 6 metr diametrində əlavə tunel də çəkilib. Bu tunellə 30 km/saat sürətlə özüyeriyən yük konteynerləri hərəkət edəcəklər.
Uzunluğu 57 km olan Qotard bazis tuneli Alp dağlarının 2,3 km dərinliyindən keçir. Tuneldə iki dəmiryol xətti var ki, bu xətlərlə qatarlar əks istiqamətlərdə hərəkət edəcəklər. Nəticədə sutka ərzində tuneldən təqribən 260 yük və 65 sərnişin qatarının keçməsi mümkündür ki, gündəlik yük daşımalarının həcmi 377 min tona çatacaq.
Tunel bu ilin dekabr ayınadək test rejimində istismar olunacaq, sonra tam istifadəyə veriləcək.
Dünən tunelin təntənəli açılış mərasimində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi iştirak ediblər. Tuneldə hərəkət edən ilk qatarın sərnişinləri İsveçrə prezidenti Yohann Şnayder-Amman, fəxri qonaqlar, habelə xüsusi lotereyanın qalibləri olublar. Lotereya biletlərini almış 130 min nəfər arasında 500 qalib seçilib.
Tunelin təntənəli açılış mərasimi 8 milyon avroya başa gəlib.




Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










