Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat

Yeniliklər 6 May 2026 10:06
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
WhatsApp kanalımıza abunə olun

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Salahov Yaşar Hüseyn oğlu vəzifəsindən azad edilib.

Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Əhmədov Cavanşir Samir oğlu təyinat alıb.

 

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh