Elektromobillər üçün "elektron yol" hazırlanacaq - VİDEO

Elektromobil gələcəyin avtomobilləri sırasına qatıla bilər, lakin gediş batareyanın işi cihazların zəif məqamı olmasa. Lakin hər çətinliyin bir həlli olduğu kimi elektroavtomobillərin də, uzaq məsafə qət edə bilmələri üçün çıxış yolu tapılıb. Belə ki, İsrailin "Electreon Wireless" adlı start-apı xüsusi yol örtüklərindən istifadə edərək elektromobillərin hərəkət edərkən belə şarj yığmasını təmin edəcək.
Avtosfer.az Open.az-a istinadən xəbər verir ki, "Electreon road" - ilk olaraq hökümətlərə, şəhər administrasiyası və avtopark operatorlarına təklif ediləcək. Texnologiya elektromobillərin effektivliyinin - batareyanın ölçüsü, qiyməti və çəkisini azaltmaqla dəfələrlə artırmaq imkanı verəcək.
Sözügedən "şarj cığırını" yəni "Electreon road" düzənləmək üçün - ilk növbədə yol örtüyünü çıxarıb, lazımı qədər səthi hazırlayıb və maqnit makaranı (sarğac) düzmək gərəkdir. Son olaraq isə "Electreon road" üçün ən son yeni asfalt qatı tətbiq ediləcək.
Şirkət ilk dəfə olaraq 2019-cu ildə, elektrik yolu sınaqdan keçirib. Bu il ərzində isə Tel-Əviv ərazisində kiçik bir ərazidə yolun eksplutasiyası baş tutacaq. 2020-ci ilin sonunda isə sınaqlar İsveçrədə davam edəcəklər.
İlham Əliyev iki mühüm qanuna dəyişiklik etdi
Kəmaləddin Heydərov generalın qardaşını işdən çıxardı
Naxçıvana gedənlərin NƏZƏRİNƏ: Yeni nəqliyyat marşrutu açılır
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO











