“Elektron imza” ilə bağlı daha bir yenilik - Nazirlikdən açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) hazırladığı yeni proqram vasitəsilə elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkün olacaq. MHM-dən Avtosfer.az-a daxil olan məlumata görə, "Edoc yoxlayıcı” adlanan proqram “.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.
Proqramdan aşağıdakı qaydada istifadə etmək olar:
1) www.e-imza.az veb səhifəsinə daxil olub menyudan "Edoc Yoxlayıcı” bölməsini seçmək;
2) "Faylı seçmək" düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləmək, "Yoxla" düyməsi ilə əməliyyatı davam etdirmək;
İki mərhələdə elektron imzalı sənədin strukturunu yoxlamaq mümkündür. "Edoc yoxlayıcı” təşkilatların işini asanlaşdıracaq. Belə ki, xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə "Windows" əməliyyat sistemində deyil, həmçinin, "Linux" və "Mac" əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.
Bu xidmət, həmçinin, "Elektron hökumət" portalına (www.e-gov.az), RYTN-nin təqdim etdiyi xidmətlər sırasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən və RYTN-nin xidmətləri arasından “Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” elektron xidmətini seçmək lazımdır. İstifadə qaydaları yuxarıda (www.e-imza.az) təsvir olunduğu kimidir.
Fidan
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR












