Ərdoğan Əli Həsənov və Oqtay Əsədovla körpünün açılışında - FOTOLAR

Bosfor boğazı üzərində dünyanın ən geniş körpüsü kimi tarixə düşəcək "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, Makedoniya prezidenti Qeorqe İvanov, Bolqarıstan baş naziri Boyko Borisov və digər rəsmi şəxslər iştirak edib.
Qeyd edək ki, körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü 320 metrdir. Layihənin dəyərinin 3 milyard dollar olduğu bildirilir.
Qeyd olunur ki, prezident Ərdoğan və baş nazir Binəli Yıldırım əraziyə helikopterlə, qonaqlar isə Prezident avtobusu ilə gəlib.









Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














