Fərdi peşə sahibləri vergidən yayına bilməyəcəklər - VİDEO

Fərdi peşə sahibləri vergidən yayına bilməyəcəklər. Belə şəxslər üçün nəzərdə tutulmuş patent vergisi ilə bağlı qanun layihəsi hazırlanıb. Bu peşə sahibləri vergilərini öz istəklərinə uyğun aylıq, rüblük, yarımillik və ya illik olaraq ödəyə bilərlər. Bu vergi növü diferensial qaydada toplanacaq. Bu zaman hər bir peşə üçün nəzərdə tutulmuş standart məbləğlə yanaşı, qanunla müəyyən edilmiş əmsal da nəzərə alınacaq. Bölgədə fəaliyyat göstərən fərdi peşə sahiblərinin gəlirləri aşağı olduğundan sabit məbləğə vurulacaq əmsal paytaxtla müqayisədə aşağı olacaq. Qanun layihəsində fərdi peşə sahiblərinin fəaliyyət xüsusiyyətləri nəzərə alınaraq, onlara tətbiq ediləcək patent vergisinin məbləği də fərqli olacaq.
Məsələn, fərdi usta üçün vergi 50 manat, bərbər üçün 40 manat nəzərdə tutula bilər. Güman edilir ki, bu zaman peşə sahiblərinin gəlirləri nəzərə alınacaq. Patent vergisi ödənilməsi fərqli qaydada aparılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












