Füzulidə 28 min nəfəri sevindirəcək xəbər - FOTO+VİDEO

Füzulidə 28 min əhalinin yaşadığı məntəqələri birləşdirən avtomobil yolu tikilib. Avtomobil yolu rayonun 13 yaşayış məntəqəsindən keçir. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib. Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Avtomobil yolunda xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişi xeyli çətinləşirdi, rayon mərkəzinə sərnişin və yük daşımasında problemlər yaşanırdı. Artıq bu problemlər köklü şəkildə aradan qaldırılıb.
Uzunluğu 32.5 km olan Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla, yol yatağının eni 12 metr təşkil edir.
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının və 20 yerdə su keçidlərinin, həmçinin su borularının tikintisi işləri aparılıb.Yuxarıda sadalanan işlərə paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 230 min m2 ərazi asfaltlanıb.
Hazırda yol boyu çiyinlərin bərkidilməsi işləri aparılır. Yolun zəruri olan yerlərində yol nişanlarının quraşdırılması və xətlənməsi işlərinin də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















