Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək
Yeniliklər
29 Aprel 2021 09:56
Oxunub 2150
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi şəhərdə yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Avtosfer.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC-dir.
Qalib şirkətə 3,971 milyon manat ödəniləcək.
ŞƏRH YAZ