Gəncəyə gedənlərin problemi olmayacaq

Novruz bayramı günlərində sərnişinlərin gediş-gəlişində çətinlik yaşanmayacaq. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq sərnişindaşıma xidməti göstərən qurumlar martın 15-dən etibarən gücləndirilən iş rejimində fəaliyyət göstərəcək. Bu məqsədlə Gəncə Dəmiryol Vağzalında paytaxta, eləcə də beynəlxalq istiqamətdə hərəkət edən qatarlara sərnişin sayı nəzərdə tutulandan çox olarsa, əlavə vaqonlar qoşulacaq. Hazırda isə dəmiryol vağzalında işlər gündəlik qrafik üzrə həyata keçirilir. Analoji hazırlıq tədbirləri Gəncə avtovağzalında da görülür. Gün ərzində respublikanın 30 şəhər və rayonuna sərnişin daşınması həyata keçirilən avtovağzalda, bayram ərəfəsi və bayram günlərində sərnişin sıxlığı nəzərə alnaraq rezerv nəqliyyat vasitələri saxlanılır. Ehtiyac yaranarsa, həmin avtobuslar da xəttə buraxılacaq.
Namiq Həsənov - Gəncə Avtovağzalının rəisi: "Hal-hazırda bizdə sərnişin sıxlığı müşahidə olunmur. Sərnişinlərin daşınmasında heç bir problem yoxdur. Ancaq buna baxmayaraq qarşıdan gələn bayrama biz tam hazırıq. Əlavə maşınlarımız var. Əgər sərnişin sıxlığı müşahidə olunarsa, 10 ədəd avtobusumuz reyslərə buraxılması üçün tam hazırdır".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












