Giriş vizasının rüsumu 50 dollardan 20 dollara endirildi

Azərbaycana birdəfəlik giriş vizaları üçün vahid rüsumun tətbiqi qüvvəyə minib. Avtosfer.az apa-ya istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün ""Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib.
İndiyə qədər Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib. Dəyişikliyə əsasən, bu məbləğin 20 dollara endirilib. Digər tərəfdən, indiyə qədər turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəalar ləğv edilib. Qüvvəyə minən yeni qanuna əsasən bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












