Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib. Bildirilir ki, 37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.
Avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 3.5 metr enində 2 hərəkət zolağından ibarət olan yolun hərəkət hissəsinin eni 7 metr, 0.5 metr bərkidici zolaq da daxil hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir. Ümumilikdə yol yatağının eni 12 m-dir. Layihəyə uyğun olaraq sözügedən 8.8 km-lik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə yolun 8.8 km-lik hissəsinə 61 min m2 asfalt-beton örtük döşənəcək.
Tikinti işləri çərçivəsində yolun 37-ci km-də, Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. 1 aşırımlı körpünün uzunluğu 12 m-dir. Bundan başqa mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.
Qeyd edək ki, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir. Yolun inşası sözügedən ərazidə turizm potensialını artıracaq, vətəndaşların yetişdirdikləri məhsullarının rahat və qısa müddət ərzində rayon mərkəzinə daşımasına imkan yaranacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















