"Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş olunur – FOTO

Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX 2016" İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Mahir Bayramov trend-ə avtomobilin yenilikləri barədə məlumat verib: "Avtomobil "TOYOTA HILUX 4X4" markalıdır. Avtomobilin motoru 2500 kubmetrdir. Modelin adi "Gürzə" zirehindən fərqi odur ki, onun üstündə 3 silah - NSV-12,7 pulemyotu, AQS-30 tipli qumbaraatan və tank əleyhinə idarə olunan qurğu yerləşdirilə bilər. Həmin silahlar avtomobildə 3 dəqiqə ərzində dəyişdirilir. Bundan başqa, avtomobilin sağ və sol qapılarında iki pulemyot yerləşdirilir".
M.Bayramov deyib ki, avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Avtomobil 2000 metrdən hədəfi dəqiq nişan almağa və 4000 metrdə hədəfi vurmağa qadirdir.
O əlavə edib ki, avtomobildə quraşdırılan 7.62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür: "Sifariş əsasında "Gürzə"nin gülləkeçirməz zirehli modeli də istehsal olunur".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













