Həştərxan-Bakı kruiz marşrutu açılır

Həştərxanda Rusiya Federasiyası hökuməti yanında Dəniz kollegiyasının rəyasət heyətinin iclası keçirilib. İclasa Rusiya baş nazirinin müavini Dmitri Roqozin rəhbərlik edib. Avtosfer.az report-a istinadən xəbər verir ki, gündəliyin əsas mövzusu Rusiya kruiz çay donanmasının köhnəlməsi olub. İclasda, həmçinin Həştərxan və Bakı arasında kruiz marşrutunun təşkili barədə də söhbət gedib. Marşrut üzrə ilk çarter reysinin artıq bu il açılacağı bildirilib. İclasın gündəliyinə çıxarılan digər məsələ isə "Şimal-Cənub" dəhlizi üzrə konteyner daşımalarının təşkili məsələsi olub. Region üçün tez xarab olan və taxıl məhsullarının Azərbaycan və İrana qədər nəqlinin, xüsusilə perspektivli olduğu qeyd olunub. "Nəticədə kifayət qədər etibarlı Rusiya-Azərbaycan-İran dəhlizi ortaya çıxır. Oradan da Hindistana və bütün bu böyük regiona çıxış. Bizim tərəfimizdən əlimizdə olan nadir tranzit imkanlarından yararlanmamaq axmaqlıq olardı", – deyə Dmitri Roqozin bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












