Heydər Əliyev prospektində yenilik - FOTO

Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb. Avtosfer.az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işıq əksetdirici xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.
Baxmayaraq ki, bu cür halların qarşısını almaq üçün həmin ərazilərdə xəbərdaredici yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətləri çəkilib, ancaq yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdular və qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə bunun qarşısı tamamilə alınıb.
Qeyd edək ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılması işləri aparılır.
Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















