Hindistan-Finlandiya qatarı Azərbaycandan keçəcək

Moskvada “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunan yığıncaq keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunan razılığa uyğun olaraq baş tutub. Yığıncaqda Rusiya-Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycan Respublikasının tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərti ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. “Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikası, həmçinin Hindistan Respublikası (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama), Rusiya Federasiyası (Samur-Moskva);
- Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Sankt Peterburq);
- Hindistan Respublikası (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran İslam Respublikası (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Buslovskaya) - Finlandiya Respublikası (Helsinki);
- İran İslam Respublikası (Tehran-Astara) - Azərbaycan Respublikası (Astara-Yalama) - Rusiya Federasiyası (Samur-Moskva) marşrutları üzrə yükdaşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətə davamlı tariflər üzrə razılığa gəliblər. 2016-cı il mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir. Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












