Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur - FOTO+VİDEO

Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işlərinə start verilib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 m-dir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır. Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra əsaslı təmir işlərinin aparıldığı 1,5 km-lik əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Əsaslı təmir işlərinin aparıldığı ərazidə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















