Hökməli-Qobu-Güzdək avtomobil yolu təmir olunur – FOTO+VİDEO

Bakıda Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləri aparılır. Avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 metrdir. Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a daxil olan məlumatda bildirilib. Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9,5 km-lik hissəsində isə orta təmir işləri aparılır. Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.
Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1,5 km-lik ərazidə yolun hərəkət hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.
Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
















