Agentlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı yeni görüntülər yaydı - VİDEO
Yeniliklər 27 May 2022 15:09 Oxunub 860
Agentlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı yeni görüntülər yaydı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı video paylaşıb. Avtosfer.az AAYDA-nın paylaşdığı videonu təqdim edir.

Xatırladaq ki, uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh