İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı - FOTO

Yeniliklər 16 Fevral 2026 12:30
İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və rayonun baş memarını vəzifədən azad edib.

Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb.

Eyni zamanda, Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub.

Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır.

Fotoda Rüstəm Məmmədov

İcra başçısı iki vəzifəli şəxsi işdən çıxardı

Oxunub 146
ŞƏRH YAZ
Ad

E-mail

Şərh