İcra məmurları belə geyinəcək - Baş nazir təsdiqlədi - FOTOLAR

Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçadan tikilməli və sağlamlığa mənfi təsir göstərməməlidir.
Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz), uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı aiddir.
Yay dəsti beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.
Nişanlar rezin (qara) və metal (ağımtıl şəffaf) kombinasiyalı materialdan hazırlanmaqla, qalxanvarı formadadır, uzunluğu 80 mm, eni 65 mm-dir, üzərindəki yazılar lazer üsulu ilə həkk edilir.
Xüsusi icra məmurunun nişanının üzərində gümüşü rəngdə "Xüsusi icra məmuru" sözləri, böyük hərflərlə soyadı, adı, atasının adı və reyestr nömrəsi göstərilir. Nişana, həmçinin reyestr nömrəsinin həqiqiliyinin yoxlanılmasına imkan verən QR kod əlavə edilir.
Xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə asılmalıdır (bərkidilməlidir, yapışdırılmalıdır). Təsvirlər dövlət icra məmurlarına şamil edilmir.





Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar
Bakıda bu svetoforlar süni intellektlə işləyir - NİİM-dən AÇIQLAMA
Artıq gediş kartlarına bu saytdan pul yükləmək olacaq - FOTO
Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR









