Banner

İlk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub

Yeniliklər 10 Fevral 2021 09:56 Oxunub 1368
İlk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avtomatik Planetlərarası Stansiyasının "Ümid" adı  verilən kosmik gəmisi buraxıldıqdan altı ay sonra, fevralın 9-da yerli vaxtla 19.42-də Marsın orbitinə daxil olub. 

Bu barədə ölkənin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi “Twitter” səhifəsində məlumat yayıb. 

Bildirilib ki, “Ümid”ün Marsın orbitinə çatmasını tarixi nailiyyətdir. 

Qeyd edək ki, BƏƏ Marsa kosmik raket göndərən dünyanın beşinci ölkəsidir. 

Xatırladaq ki, BƏƏ-yə məxsus kosmik cihaz iyunun 20-də Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən “H-IIA” raket-daşıyıcı ilə Marsa göndərilib. 

Aparat Yerdən Marsa təxminən 500 milyon kilometrlik məsafə qət edib. (Apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh