İmişlinin avtomobil yollarında yenidənqurma işləri aparıldı - FOTOLAR

İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması artıq ənənə halını alıb. Belə ki, sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Avtosfer.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində İmişli şəhərinin kompakt yaşayış massivlərində gediş-gəlişin çox olduğu nəzərə alınaraq, Nizami Ocaqov, Mikayıl Məmmədov, Səttar Şirəliyev, Əli Həmidov, Cavidan Məmmədli və Qaçaq Nəbi küçələrinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib.
Aparılan işlər zamanı yolun hərəkət hissələrinə yararlı qrunt tökülüb, xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yataqları inşa edilib. Yol yataqları hazır olduqdan sonra qırmadaş layı döşənərək yeni yol əsaslarının tikintisi aparılıb. Torpaq işləri yekunlaşdıqdan sonra “İnşaat Norma və Qaydaları”na əsasən yollara lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. Beləliklə, avtomobil yollarında avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Xatırladaq ki, bu tədbirlərin icrası sözügedən ərazilərdə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? - Xırdalan istiqamətindən gələnlərə müjdə - VİDEO
Beyləqanda yol infrastrukturu yenilənir - FOTOLAR
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundu
10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB
Bakıda iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub - FOTOLAR
Sürət qatarından istifadə edənlər üçün ŞAD XƏBƏR - Yeniliklər açıqlandı
Bakıda velosipedçilər üçün yeni LED svetoforlar istifadəyə verildi - VİDEO
Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi
Qış parkındakı bütün eskalatorlar işə salındı - VİDEO
Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? - VİDEO
Səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı yenilik











