“İtirilmiş nömrələrlə bağlı qanun dəyişsə dövlətə də xeyir edər” - PARLAMENTƏ TƏKLİF - VİDEO

Yeniliklər 25 Oktyabr 2024 19:12 Oxunub 3466
“İtirilmiş nömrələrlə bağlı qanun dəyişsə dövlətə də xeyir edər” - PARLAMENTƏ TƏKLİF - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda ötən günlərdə yağan aramsız yağışlar bir sıra mövzuları yenidən aktuallaşdırdı. Bunlardan biri də avtomobillərin qeydiyyat nişanlarının leysan sularında yoxa çıxmasıdır.

Avtosfer.az xəbər verir ki, əvvəlki illərdə də avtomobilinin qeydiyyat nişanını itirən vətəndaşlar bu mövzuda qanunun tələbini yerinə yetirməkdə çətinliklər yaşayıb. Bu gün də maşının nömrəsini itirən insanlara nömrəni tapan adamlar tərəfindən hansısa xarici ölkənin əlaqə nömrəsi ilə zəng edib yüksək məbləğlər tələb edir. Vətəndaş da avtomobili qanunazidd şəkildə idarə edə bilsin deyə məcburiyyətdən tələb edilən məbləğ ödəməli olur.

Mövzu ilə əlaqədar Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımda izləyicilərin sualarını cavablayan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, 1998-ci ildə qəbul edilən “Yol Hərəkəti Haqqında” qanun qəbul edilərkən, itirilmiş nömrələrdən istifadə edərkən müxtəlif cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyırdı.

“Lakin indi 21-ci əsrdir. Hətta küçədə yediyimiz dönərin belə içində nə olduğunu kamera ilə müəyyənləşdirmək mümkündür. Ona görə də bu gün itirilmiş qeydiyyat nişanının dublkatını vətəndaşa vermək heç bir problem yaratmır. Mən ümid edirəm ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu məsələyə baxacaq, gündəmə gətirəcək və vətəndaşların bu problemi öz həllini tapacaq. Mən demirəm ki, vətəndaşlar yenə səhlənkarlıq etsinlər, qeydiyyat nişanlarını vtomobilə yapışqanla yapışdırsınlar. Vətəndaşlar ümumilikdə məsuliyyətli olmalıdır. Düşünün ki su dəyib və qeydiyyat nişanı qopub, itib. Qanuna belə bir dəyişiklik etmək olar: qeydiyyat nişanının bahalığına, ucuzluğuna görə vətəndaşa cərimə yazmaq olardı. Nömrə ucuzdursa, 50 manat cərimə yazmaq olar. Cəriməni ödədi, ona nömrəsinin dublkatını çıxarıb ver. Bahadırsa, 100 manat, 200-300 manat cərimələ, onsuz da o bahalı nömrəyə o qədər pulu verir, o cəriməni də ödəyəcək. Bu ilk növbədə dövlət büdcəsinə xeyirdir”.

Elməddin Muradlının parlamentə və dövlət qurumlarına verdiyi təkliflə bağlı danışdığı həmin canlı yayımı sizə təqdim edirik:

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh