İcbari avtosığorta şəhadətnamələri yalnız onlayn satılacaq - Noyabrın 1-dən

İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın sığorta şirkətlərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un əldə etdiyi məlumata görə, müraciət İSB-nin icraçı direktoru Elxan Quliyevin adından edilib.
Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına keçid tarixi 1 noyabr 2016-cı il müəyyən olunub.
"Bu tarixə qədər sığorta şirkətləri daxili proqram təminatlarını Büronun elektron informasiya sisteminə tam uyğunlaşdırmalı, “Sığorta fəaliyyəti haqqında” qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortalılar üçün elektron sığorta müqaviləsinə çıxış imkanı yaratmalı və Büronun elektron informasiya sisteminə qoşulmanı VPN xətti üzərindən həyata keçirməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Bununla əlaqədar, AVSMMİS üzrə şəhadətnamə blanklarının İSB tərəfindən mətbəədə çap edilməsi məqsədilə şirkətlər tərəfindən müvafiq icbari sığorta növü üzrə şəhadətnamə blanklarına olan ehtiyacın miqdarı barədə Büronun maliyyə, investisiya və uçot şöbəsinə bildirmələri xahiş olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












