İcbari sığorta sistemində yenilik ediləcək - VİDEO

İcbari sığorta zamanı bəzən avtomobil haqqında olan məlumatlar sistemdə səhv yerləşdirilir. Ya onun minik və ya yük maşını olması yanlış göstərilir, ya da tonnajı səhv qeyd olunur. Sığorta hadisəsi baş verdikdə də sürücülər problemlə qarşılaşırlar. Artıq bu cür hallara son qoyulur. İcbari sığorta sistemində ediləcək dəyişiklikdən sonra avtomobil haqqındakı məlumatları oraya səhv yerləşdirmək mümkün olmayacaq.
Sığorta olunacaq avtomobil haqqında məlumatlar sistemə sığorta şirkətinin nümayəndəsi və ya vasitəçi tərəfindən daxil edilir. Sığorta haqqı da bu məlumatlara əsasən hesablanır.
Bilərəkdən, yaxud da bilməyərəkdən edilən səhvlərin nəticəsində sığorta şəhadətnaməsi saxtalaşdırılır. Hər hansı bir hadisə baş verdikdə isə sürücü təqsirsizliyini sübut etmək məcburiyyətində qalır. Sistemdə ediləcək dəyişiklikdən sonra avtomobilin dövlət nömrə nişanını daxil etdikdə sığorta haqqı avtomatik olaraq hesablanacaq.
Yeni sistemin yaxın bir neçə ay ərzində işə düşəcəyi gözlənilir. Mütəxəssislərin sözlərinə görə, bununla da endirim və sığorta dələduzluğu hallarının sayı azalacaq. Sığorta ödənişlərindən imtina halları əngəllənəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












