İki iri liman tikiləcək - Xəzərdə

Xəzər nəqliyyat-logistika kompleksinin yaradılması Layihəsinin həyata keçirilməsi Mahaçqala (Dağıstan, Rusiya) dəniz ticarət limanının dövriyyəsini 5-6 dəfə artırmağa imkan verəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdulatipov yerli mətbuata danışıb.
"Bu gün Mahaçqala dəniz limanının dövriyyəsi 1,5-2 mln. ton təşkil edir. Ticarət dövriyyəsini illik 10-12 mln. tona qədər artırmaq imkanına malikik. Ona görə, bu limanın yenidən qurulması, habelə yeni dəniz limanının tikintisi qarşıya vəzifə kimi qoymuşuq", - deyə Dağıstanın rəhbəri bildirib.
Onun sözlərinə görə, 127 mlrd. rubl dəyərində olan bu layihə (Xəzər Nəqliyyat-Logistika və Dəniz Sənaye Kompleksi) ölkə başçısı Vladimir Putinə təqdim edilib: "Bura gəmiqayırma zavodu, gəmi təmiri zavodu, biodəniz texnologiyaları zavodunun inşası, Xəzərdə kadr mərkəzinin yaradılması və hərbçilərin artıq bu istiqamətdə çalışdıqları yeni hərbi-dəniz bazası daxildir".
R.Abdulatipov həmçinin əlavə edib, ilkin hesablamalara görə, Xəzərdə təkcə kilkə ovu sayəsində respublika ildə 2,5 mlrd. rubl həcmində əlavə gəlir əldə edə bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












