İki marşrut xəttinin trayektoriyası dəyişdirildi - Bakıda

Bakının marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 2 nömrəli marşrutun hərəkəti noyabrın 30-dan dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib. Dəyişiklikdən əvvəl 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi “Azadlıq” və “Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətində sıxılığın yaranmasına səbəb olurdu.
Bununla yanaşı, məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axınının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
7 nömrəli marşrutun hərəkət trayektoriyası da noyabrın 30-dan dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində - Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy Haqverdiyev küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi – Əhməd Cəmil– Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














