İlk qatar martın sonunadək yola düşəcək

Rusiya və Azərbaycan dəmir yolları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə birbaşa hərəkət barədə razılığa gəliblər. Avtosfer.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Rossiyskiye jeleznıye doroqi” holdinqi və “Azərbaycan Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Layihənin logistik operatorları “RJD Logistika” SC və “ADY Express” olacaq. Həmin marşrutlar üzrə hərəkəti 2016-cı il martın sonunadək işə salmaq planlaşdırılır. Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal “B” marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.
Tərəflər danışıqlar çərçivəsində rəqabətə davamlı tarifləri də razılaşdırıblar: Mumbay-Moskva marşrutu ilə 40 futluq konteynerin daşınması tarifi 3 min dollardan çox olmayacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












