İmtahandan keçənlər metroda işləyəcəklər - FOTO

İyulun 27-də metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunan bir aylıq ödənişsiz kurslar artıq başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, ilkin müsahibəyə müraciət edən 1158 nəfər arasından 229-u dəvət edilib. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası müsahibədə iştirak edən 109 nəfərdən seçim edərək, 47 nəfəri kurslara dəvət edib. Dərslər metropolitenin mütəxəssisləri tərəfindən həftə içi hər gün saat 9:00-11:00-dək təlim-tədris mərkəzində keçirilir:
"Kursun nəticəsi test imtahanından sonra bəlli olacaq. İmtahandan müvəffəqiyyətlə keçənlərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanılacaq və onlar hərəkət xidmətində müvafiq işlə təmin olunacaqlar. Məlumat üçün bildirək ki, hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün elan olunan müsabiqədə seçimlər metropolitenin rəsmi internet səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə anket forması ilə müraciət edənlər arasından aparılıb".
Şöbə rəisi əlavə edib ki, "Bakı Metropoliteni" QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












