İnsanı Marsa aparacaq raketin mühərriki sınaqdan çıxarıldı - FOTO + VİDEO

NASA-nın 2030-cu ildə Marsa insan göndərmək planının icrası yolunda önəmli bir addım atılıb. Avtosfer.az xəbər verir ki, bir müddətdir insanları Marsa aparacaq raketin mühərriklərinin hazırlanması üzərində çalışan NASA, bu həftə nəhəng mühərrikləri uğurla sınaqdan çıxarıb. ABŞ-ın Yuta ştatında keçirilən sınaq 2 dəqiqə davam edib. NASA prosesi 530 fərqli cihazla yaxından izləyib. Uğurla nəticələnən sınağa minlərlə insan canlı tamaşa edib. NASA rəhbərlərindən Uilyam Gerştenmayer (William Gerstenmaier) sınağın nəticələrindən məmnun qaldıqlarını bildirib: “Bu gün burada bu testin gerçəkləşdiyini görmək və mühərrikin ortaya çıxardığı görüntünü, səsi hiss etmək əslində dərin kosmosun kəşfində indiyə qədər qət etdiyimiz inanılmaz məsafəni daha yaxşı anlamağımıza kömək edir”.
Mühərriklər NASA-nın SLS (Space Launch System) rakertlərində istifadə ediləcək. Raketdə iki nəhəng mühərrik olacaq. Bu mühərriklərdən başqa, maye yanacaqla çalışan 4 əlavə mühərrik də olacaq. SLS raketi ilk olaraq 2018-ci ildə test ediləcək.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












