İnternetdəki varlı uşaqlarından kasıblara zərbə - 1200 dollar

Varlıların övladlarının həyatı şəxsi təyyarələrdə, Karib dənizində yaxta ilə gəzintilərdə və tonlarla bahalı şampanla keçirilən əyləncələrdən ibarətdir. Bütün bunlar sosial şəbəkələrdə paylaşılır. İndi isə bu imkanlı uşaqların var-dövlətlərini nümayiş etdirmək üçün yeni vasitələri var. Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, “saxta milyonerlərdən xilas olmaq” üçün Rich Kids (“Varlı uşaqlar”) tətbiqetməsinin yaradıcıları böyük miqdarda istifadə haqqı müəyyən ediblər. Belə ki proqramdan istifadə etmək istəyən hər kəs ayda 1200 dollar ödəniş etməlidir. Proqramın yaradıcıları olan Yuray İvan və Mixal Harustyak bildiriblər ki, belə bir tətbiqetməni “Rich Kids of Instagram” hesabından ilhamlanaraq yaradıblar. “Varlılar üçün açıq sosial şəbəkənin olmadığını biləndə təəccübləndim. Belə ki, imkanlı şəxslər üçün olan bütün sosil şəbəkələr başqaları üçün bağlıdır. Biz hesab edirik ki, heç kim var-dövlətini görməyəndə varlı olmaq darıxdırıcıdır”, -deyə Yuran İvan bildirib.
Qeyd edək ki, sosial şəbəkədə ilk 11 istifadəçiyə giriş pulsuz verilib. Bu, digər imkanlı övladlarını da tətbiqetməyə cəlb etmək məqsədi daşıyır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












