İranda sürətli dəmir yolu xəttləri çəkiləcək
Yeniliklər
17 Aprel 2016 19:31

İtaliyanın ITINERA şirkəti ilə İranın iki şirkəti arasında müqavilə imzalanıb
İtaliya İranda 4 milyard dollar dəyərində iki yüksək sürətli dəmir yolunun tikintisinə sərmayə ayıracaq. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumatına görə, bununla bağlı İtaliyanın ITINERA şirkəti ilə İranın iki şirkəti arasında müqavilə imzalanıb. ITINERA şirkətinin rəsmi nümayəndəsi Pino Arlaçi deyib ki, hazırda sərmayə qoyuluşu ilə bağlı sığorta və bank məsələləri üzərində iş gedir. Hesablaşma zamanı avrodan istifadə ediləcək. İran Dəmir Yol Təşkilatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Abbas Nazari deyib ki, 4 milyard dollar sərmayə Qum-Arak ıə Tehran-Həmədan yüksək sürətli dəmir yolunun tikintisinə sərf olunacaq. Kredit İtaliyanın SACE Eksport-Kredit Dövlət Agentliyi tərəfindən sığortalanacaq.
Oxunub : 1833
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












