Banner

Kamran Əliyev Hərbi Prokurorluğun idarə rəisini işdən çıxardı - Yeni TƏYİNAT

Yeniliklər 10 İyun 2025 13:18 Oxunub 160
Kamran Əliyev Hərbi Prokurorluğun idarə rəisini işdən çıxardı - Yeni TƏYİNAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh