Kiş çayı üzərindən müvəqqəti yol salındı - VİDEO+FOTO

Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərindən müvəqqəti yolun salınması istiqamətində işlər tam olaraq yekunlaşdırılıb. "Azəravtoyol ASC"-dən Avtosfer.az-a verilən məlumata görə, bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub. Kiş çayının məcrasına yerləşdirilən 12 paqon-metr uzunluğunda su ötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni yol hissəsi salınıb. Müvəqqəti yol 4 metr enindədir. Bütün işlər birbaşa olaraq "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında əraziyə cəlb olunmuş lazımi sayda canlı qüvvə və texnika vasitəsi ilə qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Artıq Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr idi.
Təbii fəlakətin baş verdiyi əraziyə dərhal "Azəravtoyol" ASC-nin mütəxəssisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız Oxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.
Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metr idi.
Emin


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












