Kosmosda ilk hotel: restoran, kinoteatr, spa salonları, idman zalları... - FOTO - VİDEO

“Orbital Assembly Corporation” şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib.
Lent.az xəbər verir ki, ilk kosmik hotel “Voyager Station” adlanacaq.
Yer kürəsinin orbitində hotelin inşasına 2025-ci ildə start veriləcək. Plana əsasən, layihə 2027-ci ildə yekunlaşmalıdır. Sözügedən hotel kapsullardan ibarət halqa formasında olacaq. Kapsulların daxilində restoranlar, kinoteatrlar, spa salonları, idman zalları və 400 nəfər üçün nəzərdə tutulmuş turistik otaqlar inşa ediləcək.
Şirkət, həmçinin, hotel daxilində astronavtların müddətli yaşamaları üçün nəzərdə tutulmuş xüsusi otaqlar, suyun və havanın saxlanması üçün kapsullar da inşa etməyi planlaşdırır. Bu cür otaqlar ya icarəyə veriləcək, ya da dövlət və özəl şirkətlərə satılacaq. Təbii ki, şirkət kosmik hotelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib. Sadəcə olaraq bildirilib ki, çoxistifadəli “Falcon 9” raketləri vasitəsilə inşaya xərclənəcək vəsait qat-qat azalıb.
Qeyd edək ki, “Falcon 9”dan əvvəl kosmosa 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 8000$-a təşkil edirdi. İndi isə 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 2000$ civarındadır.
Kəmaləddin Heydərov generalın qardaşını işdən çıxardı
Naxçıvana gedənlərin NƏZƏRİNƏ: Yeni nəqliyyat marşrutu açılır
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi

















