Küçələrdə sürücüsüz mikroavtobus – WEpod

Avtosfer.az xəbər verir ki, Hollandiya istehsalı olan və 6 sərnişin daşıma qabiliyyətinə malik olan dünyanın ilk sürücüsüz mikroavtobusu istifadəsinə icazə verildikdən sonra şəhər ətrafında fəaliyyətinə başlayıb. WEpod layihəsi 2015-ci ilin iyun ayında “Delft Technical University” əməkdaşlarının iştirakı ilə baş tutub. Bu nəqliyyat vasitəsi layihəsinin əsas məqsədi Ede-Vageningen metro stansiyasi ilə Vageningen Universiteti arasındakı yollarda 6 km avtobus dayanacaqlarını keçərək lazımı yerlərə çatdırmaqdır. Avtobusun hərəkət sistemi geniş miqyaslı xəritələr üzərində kameralar, radar və lazer sensorları ilə NVİDİA bilgisayarında irimiqyaslı məlumat alqoritmasının köməyi ilə hesablanaraq öz işini icra edir. WEpod avtobusları avtomatik açılan qapılar, 6 nəfərlik oturacaqlar və əlil arabasını avtobusa qaldıran qurğularla təchiz olunub. Mikro avtobusun maksimal gediş məsafəsi 100 km, sürəti isə saatda 40 km-dir. Avropada bu sürət saatda 25 km-ǝ endirilib. Davam edən yoxlanışlarda avtobus 200 metr məsafəni 8 km/s sürət ilə problemsiz qəth edir. Mühəndisləri bildirib ki, avtobusdakı hesablama alqoritması insan bacarığından daha mükəmməl işlər görə bilir. WEpod mikro avtobusları hərəkət zamanı canlı olaraq ətraf mühitə nəzarət edərək baş verəcək hər hansı bir qəzaya vaxtında müdaxilə edə biləcək qabiliyyətdədir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












