Lerikdə yeni avtomobil körpüsü inşa edilir - FOTO

Bir müddət bundan öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir. Sovet hakimiyyəti dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr idi. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq. Hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün su tənzimləyici qurğunun da tikintisi həyata keçirilir. Tikinti işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, hərəkətinin dayanmaması məqsədi ilə çayın avtonəqliyyat vasitələrinin məcrası hamarlanmaqla müvəqqəti olaraq keçid təmin olunub.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














