Lökbatan-Qobu avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO

“Azəravtoyol” ASC Bakı şəhərinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlayıb. “Azəravtoyol”un Mətbuat Katibliyindən Avtosfer.az-a verilən xəbərə görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7,2 km-dir. Layihəyə əsasən, yol IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 metr enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə ikiqat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min kv.m ərazinin asfaltlanması planlaşdırılır.
Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7m təşkil edir. Hər bir istiqamət üzrə 1,5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1,6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır.
Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1 200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 metr olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.
Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq



















