"Lukoil"un rəhbərliyində daha bir Azərbaycan əsilli şəxs

Rusiyanın "Lukoil" neft-qaz şirkətinin Direktorlar Şurası İdarə Heyətinin yeni tərkibini təsdiqləyib. "APA-Economics" xəbər verir ki, İdarə Heyətinə 15 üzv daxil olub. Şirkətin prezidenti Vahid Ələkbərov vəzifəsini qoruyub. İdarə Heyətinin bir çox üzvləri də Direktorlar Şurasının etimadını və portfelini qorumağı bacarıb. Dəyişikliklərdən biri də İdarə Heyətinin üzvlərinin sayının 15-dək artırılmasıdır. İdarə Heyətinin yeni üzvü - neft məhsullarının daşınmasının koordinasiyası üzrə vitse-prezident Oleq Paşayevdir.
Qeyd edək ki, Oleq Paşayev əslən azərbaycanlıdır. O, 2010-cu ildə dünyasının dəyişmiş David Hüseyn oğlu Paşayevin oğludur. D. Paşayev Rusiyanın milli qəhrəmanı və Rusiya prezidenti yanında İctimai Palatanın üzvü olub. Vaxtilə Rusiyanın Atom gəmilərinin tikintisi üzrə mərkəzin prezidenti olub. Beləliklə, Vahid Ələkbərovdan sonra Oleq Paşayev "Lukoil"in rəhbərliyində təmsil olunan ikinci Azərbaycan əsilli şəxsdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












