Manatla kredit bərpa olundu - amma... - VİDEO

Banklar krediti bərpa edib, ancaq müəyyən məhdudiyyətlərlə. Banklar Assosiasiyasından verilən məlumata görə, bir sıra banklar prosesə başlasa da qalanları bunu tədricən edəcək. Amma, əvvəlki dövrlərə baxanda, indi kredit almaq daha çətin olacaq. Çünki Maliyyə Bazarına Nəzarət Palatasının tələblərinə uyğun olaraq kreditlərin verilməsi ilə bağlı bəzi məhdudiyyətlər var. Bundan sonra krediti yalnız 20 yaşdan yuxarı və yaşı 60 - dan aşağı olan şəxslər ala biləcəklər. Halbuki əvvəllər maksimum hədd 71 yaş idi.
İlk dəfə kredit almaq üçün müştərinin axırıncı iş yerində stajı, əvvəlki kimi 6 ay deyil, minimum 1 il olmalıdır. Təkrar müştərilər üçün isə yaş həddi 20-65 - dir, özü də kreditin qaytarılması tarixi yuxarı hədd ilə üst üstə düşməlidir. Bu şəxslərin son iş yerində minimal iş stajı isə 6 ay ola bilər. Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 manat arası müəyyən olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












