Marşrut xətti ilə bağlı sayt istifadəyə verildi - FOTO

İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq, paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Son illər paytaxtımıza gələn turistlərinin sayının da artması nəqliyyat sistemində yeniliklərin və xidmətlərin tətbiqini zəruri edib. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, hava yolu ilə paytaxtımıza gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Hava limanı” - “28 may” express xətt avtobusu istifadəyə verildi. Express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı müfəssəl məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













