Banner

Maşının addan-ada keçməsi üçün rüsumda YENİLİK

Yeniliklər 20 Noyabr 2020 20:47 Oxunub 3380
Maşının addan-ada keçməsi üçün rüsumda YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.

Qanunda yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna hesab olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh