Maştağa-Bilgəh yolu tam yeni görkəmdə - VİDEO

Azərbaycan Prezidentinin 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son tamamlanma işləri aparılır. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Maştağa-Bilgəh avtomobil yolunun tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində aparılırdı. Uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı.Artıq bu problemlər tam olaraq aradan qaldırılıb.
Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu yeni işıq dirəkləri də quraşdırılıb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Ümumiyyətlə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı Dairəvi yoluna və Zabrat-Maştağa-Buzovna avtomobil yoluna rahat və maneəsiz çıxışı təmin olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















