Məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib - FOTO

Çin Xalq Respublikasından Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində, Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına, Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətitilib. Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri "China Civil Engneering Construction Corporation" şirkətinin istehsalıdır.
Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəravtoyol" Dövlət Şirkətinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












