Məktəb avtobusları yeni tədris ilində olacaq ? - RƏSMİ

Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı ilkin layihə hazırlanır.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.
"Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev bir neçə ay əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır.
"Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu, əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək", - deyə açıqlamada bildirilir.
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO
Bakının bu ərazilərində dəmir yolu stansiyaları tikiləcək - VİDEO
Sabunçu rayonunun sakinlərinə ŞAD XƏBƏR: Dörd qəsəbəyə METRO ÇƏKİLƏCƏK
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək










